"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Din-milli birliyimizin təminatçısı kimi” adlı müsabiqənin qalibləri müəyyən olunub

Mənəvi Dəyərlərin Təbliği Fondunun din xadimləri və dini icma sədrləri (İslam və qeyri-islam) arasında elan etdiyi “Din-milli birliyimizin təminatçısı kimi” adlı müsabiqənin qalibləri müəyyən olunub. Oktyabrın 1-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu 2 noyabr tarixində başa çatıb. Müsabiqəyə təqdim edilən materiallar aşağıda adları qeyd edilən Qiymətləndirmə Komissiyasının üzvləri tərəfindən yoxlanılıb:
1) Sadiq Mirzəyev – Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri
2) Elvüsal Məmmədov - Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru
3) Əli Rzazadə  – Sumqayıt Dövlət Universitetinin müəllimi, yazıçı
Qalibləri təqdim edirik:
1-ci yer: Gülağa İsmayılov - Sumqayıt şəhəri, “Cümə” məscidinin imamı
2-ci yer: Mədət Abdullayev - Lerik rayonu, Monidigah kənd məscidi 
dini icmasının sədri
2-ci yer: Mirkazım Kazımlı - Abşeron rayonu, Güzdək qəsəbəsi "Rəsulullah" məscidinin imamı.
3-cü yer: Mehman Nəsirov - Ağdam rayonu, Xındırıstan kənd məscidinin imam müavini
3-cü yer: Vasif Əhmədov - Quba şəhəri, “Ərdəbil” məsdinin dini ayinlərinin icraçısı
3-cü yer: Araz Cəfərov - Şəki rayonu, Baş Laysqı kənd məscidinin imamı
Həvəsləndirici yer: Qənimət Pirəliyev - Siyəzən şəhəri, “Cümə” məscidi dini icmasının sədri 
Həvəsləndirici yer: Bayram İsayev - Şəki rayonu, Çay Qaraqoyunlu kənd məscidinin imamı
Həvəsləndirici yer: Elşən İbrahimov – “Vineyard Azərbaycan” Xristian dini icmasının din xadimi
Həvəsləndirici yer: Süleyman Ağayev - Ağcabədi rayonu, Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri
Həvəsləndirici yer: İsmət Talıbov - Zərdab rayonu, Qoruqbağı kənd Cümə məscidi II-nin icma sədri
Qalibləri təbrik edirik!

calendar 5-11-2021, 10:05 eye 500 eye Paylaş