Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti arasında 2022-ci il üçün təsdiq edilmiş birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vicdan və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Komitə əməkdaşlarının məhkumlarla növbəti görüşü qadın və yeniyetmə məhkumlar üçün yeni inşa edilmiş 4 saylı cəzaçəkmə müəssisində və Tərbiyə müəssisəsində keçirilib.
“Dünyəvi dövlət sistemində dinin yeri və rolu” mövzusunda keçirilmiş görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı, Mənəvi Dəyərlərin Təbliği Fondunun aparıcı məsləhətçisi Elgiz İmanlı, Komitənin və Penitensiar xidmətin məsul əməkdaşları iştirak ediblər.
Seminar-treninqlərdə məhkumlarla geniş diskussiya aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə nəşr edilən müxtəlif adda kitablar müəssisələrə hədiyyə edilib.