İyunun 25-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu 25 avqust tarixində başa çatıb. Məlumat üçün bildirək ki, sosial şəbəkə (Facebook, Twitter, Instagram) istifadəçiləri arasında keçirilən müsabiqəyə 30 iştirakçı qoşulub. Fondun müəyyən etdiyi həştəqlərlə sosial şəbəkə istifatəçiləri tərəfindən paylaşılan statuslar əhatəlilik, tutarlılıq, kreativlik və ictimai rəğbət meyarları əsasında aşağıda adları qeyd edilən müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən olunmuşdur:
1) Anar Məcidzadə - Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü
2) Sevinc Cəfərova - 525-ci qəzetin xüsusi müxbiri, jurnalist
3) Fərəh Rəsulova – Müstəqil ekspert
Qalibləri təqdim edirik:
1-ci yer – Fidan Nəsirli
2-ci yer – Elçin Bayramlı
2-ci yer – Mina Rəşid
3-cü yer – Lalə Mehralı
3-cü yer – Ramin Xudayev
3-cü yer – Səxavət Hidayətoğlu
Həvəsləndirici yer - Bədiyyə Sadıqova
Həvəsləndirici yer - Şəhadət Abbasov
Həvəsləndirici yer - Vüsalə Fətullayeva
Həvəsləndirici yer - Kənan Həmzəoğlu
Həvəsləndirici yer - Kənan Bağırov