Dekabrın 11-də Şəmkir şəhər Peşə liseyində, Mənəvin Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şəmkir rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Şəhidlər ölməz, vətən bölünməz” layihəsi çərçivəsində “Hərbi xidmət hər bir gəncin vətəndaşlıq borcudur” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir Rayon İcra Hakimiyyətində (RİH) ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev, Şəmkir rayon “Cümə” məscidinin dini icmasının sədri Natiq Şıxəliyev, Peşə liseyinin direktoru Nizami Əhmədov, direktor müavini İsrail Quliyev və məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Şəmkir (RİH) aparatının ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ruhid Hacıyev bu mövzuda ətraflı çıxış edərək gənclərə hərbi xidmətlə bağlı izahat verib.
Daha sonra çıxış edən DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev mövzu ilə əlaqədar geniş söhbət edərək bildirib ki, vətənə valideynlərimizə sevgimizi, borcumuzu hərbi xidmətlə və digər xidmətlərimizlə qaytarmalıyıq.
Şəmkir rayon “Cümə” məscidinin dini icmasının sədri Natiq Şıxəliyevə çıxışında dində vətənə və xalqa xidmətə verilən yüksək qiymətdən danışıb.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.