"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında “Dəyərləri paylaşaq” adlı müsabiqə elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında “Dəyərləri paylaşaq” adlı müsabiqə elan edir.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə (Facebook, Twitter, Instagram) istifadəçiləri arasında “Dəyərləri paylaşaq” adlı müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi xalqımıza məxsus əsrlər boyu formalaşmış milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və təbliğ edilməsidir.

Müsabiqənin formatı: Müsabiqə, Fond tərəfindən müəyyən edilmiş həştəqlər əsasında paylaşılan statuslar (yazı, şəkil, videoçarx) arasında təşkil ediləcəkdir. Belə ki, 25 iyun – 25 avqust 2021-ci il tarixləri ərzində (2 ay) aşağıda qeyd edilmiş həştəqlərlə paylaşılan bütün statuslar avtomatik olaraq müsabiqənin iştirakçısına çevriləcək. Əhatəlilik, tutarlılıq, kreativlik, o cümlədən ictimai rəğbət qazanmış paylaşımlar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən dəyərləndirilərək mükafatlandırılacaqlar.

 Həştəqlər:
• #dəyərlərmdtf
• #yaxşılıqmdtf
• #əxlaqmdtf
• #mərhəmətmdtf
• #vətənpərvərlikmdtf
• #hörmətmdtf
• #inancmdtf
• #doğruluqmdtf
• #təvazökarlıqmdtf
• #məsuliyyətmdtf

Müsabiqə şərtləri:
• Statuslar yalnız Azərbaycan dilində olmalıdır
• Statuslar Facebook, Twitter və ya Instagram sosial şəbəkəsində paylaşıla bilər
• Statuslar əhatəli, tutarlı, kreativ olmalıdır
• Statusların ictimai rəğbət meyarı yüksək olmalıdır
• Bir sosial şəbəkə istifadəçisi müəyyən edilmiş həştəqlərlə maksimum 5 status paylaşa bilər

Mükafat:
I yer - 700 AZN (1 nəfər)
II yer - 500 AZN (2 nəfər)
III yer – 300 AZN (3 nəfər)
Həvəsləndirici mükafat – 150 AZN (5 nəfər)

Müsabiqənin müddəti: 25 iyun – 25 avqust 2021-ci il

Əlaqə: 
Tel: (012) 464-92-55
Fax: (012) 464-92-57
E-mail: mdtf.press@gmail.com 
Ünvan: Bakı şəhəri, Ə. Cavad küç. 16 / Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)

calendar 24-06-2021, 10:38 eye 1 033 eye Paylaş