"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Mənəvi mirasımız: Alban dini məbədlərimiz” adlı videoçarx müsabiqəsinin qalibləri müəyyən olunub

22 fevral 2021-ci ildə elan edilən müsabiqəyə müraciətlərin qəbulu 1 may 2021-ci il tarixində başa çatıb. Video formatında qəbul edilən müraciətlərin qiymətləndirilməsi aşağıda adları qeyd edilən komissiya üzvləri tərəfindən həyata keçirilib:

1) Emin Musəvi - ASAN Radio 100 FM-in direktoru, Radio və TV aparıcısı
2) Nərminə Məmmədova - Azərbaycan Respublikası Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, sabiq xəbər aparıcısı
3) Araz Qurbanov - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı

Qalibləri təqdim edirik:
1-ci yer - Məmmədov Kənan Həmzə oğlu. Kəlbəcər rayonu Xudavəng monastrı 
2-ci yer - Orucov Elmar Əli oğlu. Xocavənd rayonu Tuğ Alban məbədi
2-ci yer - Muradlı Şamil Sahib oğlu. Gədəbəy rayonu Həmşivəng məbədi
3-cü yer - Mirzəzadə Asif Vasif oğlu. Zaqatala rayonu Alban kilsəsi
3-cü yer - Balakişiyev Kamil Eldaroğlu. Laçın rayonu Ağoğlan məbədi 
3-cü yer - Abdurahmanova Günel Qurban qızı. Şəki şəhəri Kiş Alban məbədi 
Həvəsləndirici yer - Mustafayev Anar Bəxtiyar oğlu. Goranboy rayonu Meşəli kilsəsi
Həvəsləndirici yer - Namazlı Fariz Fazil oğlu. Balakən rayonu Qullar məbədi 
Həvəsləndirici yer - Elgün İlyas Elmar oğlu. Balakən rayonu Nur kilsəsi
Həvəsləndirici yer - Əhmədova Aytac Zülfüqar qızı. Qax rayonu Qax kilsəsi

Qeyd edək ki, müsabiqənin əsas məqsədi Azərbaycanda yerləşən Alban tarixi-dini abidələrinin geniş auditoriya kütləsinə təbliği, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən bu abidələrin daha çox öyrənilməsi, eləcə də qalib elan edilən materialların müxtəlif internet resurslarında xarici dillərdə yayılmasını həyata keçirməkdir.

calendar 16-05-2021, 12:24 eye 747 eye Paylaş