"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Fondun "Şəhid ailələrinə Ramazan sovqatı" aksiyası davam edir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Ramazan ayı münasibətilə "Şəhid ailələrinə Ramazan sovqatı" aksiyası davam etdir. Dini icmalarla birgə keçirilən aksiya çərçivəsində Sumqayıt və Şəki şəhəri, eləcə də Quba, Masallı və Füzuli  rayonlarında Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət edilib və onlara 100 manat məbləğində alış-veriş kartları təqdim edilib. Qeyd edək ki, aksiya çərçivəsində Ramazan ayı boyunca ölkənin 13 şəhər və rayonunda yaşayan Vətən Müharibəsi şəhidləri ailələrinin ziyarəti nəzərdə tutulub.

calendar 8-05-2021, 13:35 eye 646 eye Paylaş