Aprelin 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Könüllü fəaliyyət” layihəsinin iştirakçılarının Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovla onlayn formatda görüşü keçirilib.
M.İsmayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması barədə danışıb. Qeyd edib ki, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edir və gənclərimizin həyat tərzinə çevrilir.
Fondun icraçı direktoru eyni zamanda, könüllülərin MDTF-nin fəaliyyətində yaxından iştirak etdiklərindən, xüsusilə pandemiya dövründə, həmçinin Vətən müharibəsi zamanı könüllülərin fəal şəkildə Fondla əməkdaşlığından bəhs edib.
Görüşün sonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov könüllüləri maraqlandıran sualları cavablandırıb.