Alban-Udi Xristian dini icmasının üzvləri erməni işğalından azad edilmiş Xocavənd rayonunun Tuğ kəndinə səfər ediblər. Səfər zamanı Tuğdakı qədim alban məbədi ziyarət olunub və Pasxa bayramı münasibətilə dini ayin icra edilib.
Xatırladaq ki, qədim Azərbaycan kəndi olan Tuğ dini-tarixi abidələrinin zənginliyi ilə seçilir. Bu baxımdan burada belə bir tədbirin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə həyata keçirilib.