"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş” esse-yazı müsabiqəsinin qalibləri müəyyən olunub

Mənəvi Dəyərlərin Təbliği Fondunun elan etdiyi “Şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş” esse-yazı müsabiqəsinin qalibləri müəyyən olunub. Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında elan edilən müsabiqəyə müraciətlərin qəbulu 31 mart tarixində başa çatıb. Esse-yazı formatında qəbul edilən müraciətlərin qiymətləndirilməsi aşağıda adları qeyd edilən komissiya üzvləri tərəfindən həyata keçirilib:
1) Səyyad Salahlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru.
2) İlqar Fəhmi - Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq. 
3) Rəşad İlyasov - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru.
Qalibləri təqdim edirik:
1-ci yer – Həmidə Həsənova, I kurs tələbəsi. “Vətən Müharibəsi”.
2-ci yer – Nərgiz Əliyeva. I kurs tələbəsi. “Şəhidlik”.
2-ci yer – Nərgizxatun Həsənova. I kurs, doktorant. “Bir dəyər olaraq şəhidlik və vətənpərvərlik”.
3-cü yer – Nurəddin İsmayılov. II kurs tələbəsi. “Heydər Əliyev”.
3-cü yer – Fərid Qasımzadə. III kurs tələbəsi. “Vətən Müharibəsi”.
3-cü yer – Aytac Mustafalı. III kurs tələbəsi. “Vətən sevgisi, vətənpərvərlik və şəhidlik”.
Qalibləri təbrik edirik!

calendar 9-04-2021, 13:06 eye 500 eye Paylaş