"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında esse-yazı müsabiqəsi elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında İlahiyyat fakültəsinin məzunu, şəhid Vüqar Məmmədovun xatirəsinə həsr edilmiş esse-yazı müsabiqəsi elan edir. Müsabiqəyə Vətən Müharibəsi, İslamda şəhidlik, azərbaycançılıq, vətənpərvərlik, milli-mənəvi dəyərlərimiz mövzularında, eləcə də Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mənəvi dəyərlərin qorunması və inkişafı sahəsindəki siyasətini işıqlandıran məqalələr qəbul olunur.

Müsabiqəyə dair tələblər:
Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (Times New Roman 14 şrift, 1,5 aralıq məsafə ilə təxmiən 3-4 A4 formatlı vərəq həcmində);

Mükafat:
I yer - 400 AZN (1 nəfər)
II yer - 200 AZN (2 nəfər)
III yer - 100 AZN (3 nəfər)

Müsabiqənin müddəti: 25 fevral 2021-ci il – 31 mart 2021-ci il
Əlaqə vasitələri:
Tel: (012) 464-92-55
E-mail: mdtf.press@gmail.com
Ünvan: Bakı şəhəri, Tbilisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)

Qeyd: Esse-yazı nümunələri elektron və ya kağız formatında yuxarıda qeyd edilən əlaqə vasitələri ilə Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim edilə bilər.

calendar 25-02-2021, 14:05 eye 664 eye Paylaş