"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Millət vəkili: “Mənəvi dəyərlərimizlə bağlı bu cür filmlərin çəkilməsi olduqca faydalıdır”

“Mənəvi dəyərlərimizlə bağlı bu cür filmlərin çəkilməsi olduqca faydalıdır”

Cavid Osmanov: “Bütün dünya xalqımızın mənəvi baxımdan nə qədər zəngin olduğuna şahid olmalıdır”

Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə Qarabağda mənəvi və maddi irsimizin dirçəldilməsinə həsr edilən “Yeni çağırışlar və Azərbaycan” adlı film hazırlanıb. Böyük ictimai marağa səbəb olan filmdə mənəvi dəyərlərimiz, maddi irsimizlə bağlı bir sıra vacib məqamlara toxunulub, xalqımızın məməvi zənginliyi konkret faktlar, nümunələr əsasında diqqətə çatdırılıb.
Moderator.az-a açıqlama verən  millət vəkili Cavid Osmanov Qarabağda mənəvi və maddi irsimizin dirçəldilməsi, mənəvi dəyərlərimizin təbliği və yaşadılması, dünya xalqlarının Azərbaycan xalqı haqqında daha dolğun məlumata sahib olması haqqında bu cür filmlərin çəkilməsinin vacib olduğunu vurğulayıb:
“Bildiyiniz kimi, 30 il ərzində erməni terrorçuları Azərbaycan torpaqlarını işğalda saxladıqları müddətdə oradakı bütün tarixi, dini, mədəni abidələri, o cümlədən sosial obyektləri darmadağın edib, öz xislətlərinə uyğun vəhşilik nümunəsi sərgiləyib. Hansı ki, bütün dünya təsdiq edir ki, bu torpaqlar Azərbaycan ərazisidir və 44 günlük Vətən Müharibəsindən sonra müzəffər Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqlarımızı azad etdi. Işğaldan azad edilən torpaqlarımızda geniş və sürətli bərpa işləri həyata keçiriləcək, tarixi-dini abidələrimiz bərpa olunacaq.
Azərbaycan xalqı öz mənəvi dəyərlərinə görə də dünyanın ən zəngin xalqlarından biri, bəlkə də birincisidir. Bu baxımdan Azərbaycan həqiqətləri ilə yanaşı, xalqımızın mənəvi dəyərlərinin təbliğ edilməsinə də ciddi ehtiyac var. Dünya ictimaiyyətinə bu haqda nə qədər çox məlumat verilərsə, o qədər faydalı olar. Odur ki, mənəvi dəyərlərimizlə bağlı sənədli filmlərin çəkilməsi olduqca önəmlidir. Bu baxımdan Mənəvi Dəyərlərin Təbliği Fondunun bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Dünya xalqları, beynəlxalq təşkilatların hər biri bu haqda məlumatlandırılmalı, xalqımızın mənəvi baxımdan nə qədər zəngin olduğuna şahid olmalıdırlar.
Azərbaycan xalqı tolerant və multikultural xalqdır. Azərbaycanın tolerantlığını bütün dünyaya nümunədir. Bunu Roma papası da, Rusiyanın, digər dövləıtlərin din xadimləri də etiraf edib.
Biz xalqımızın mənəvi dəyərlərimizi təbliğ etməklə daha çox insanı bu barədə məlumatlanmasına nail olacağıq. Xalqımızın mənəvi zənginliyinə şahidlik fonunda nə qədər qədim, nə qədər köklü xalq olduğumuzu da dünyanın diqqətinə çatdıra biləcəyik”.
Seymur ƏLİYEV

calendar 28-01-2021, 09:51 eye 438 eye Paylaş