Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük şücaət göstərərək əzəli və əbədi torpaqlarımızı düşmən işğalından azad etmişdir. Azərbaycanın qəhrəman əsgər və zabitləri “Dəmir yumruq” əməliyyatını yüksək peşəkarlıq və qətiyyətlə icra edərək böyük Qələbə əldə etmişlər.
Vətən Müharibəsinin Zəfər salnaməsinə Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri də töhfə vermişlər. Belə ki, Fondun Bakı şəhərindən olan könüllüsü Gülməmmədov Toğrul Qürbət oğlu, Zaqatala rayonundan olan könüllüsü Vəliyev Məhəmməd İlqar oğlu və Şəmkir rayonundan olan könüllüsü Məsimli Füzuli Qafqaz oğlu döyüşlərin ilk günündən cəbhədə böyük fədakarlıq və cəsarət nümayiş etdirmişlər. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vəliyev Məhəmməd İlqar oğlu Füzuli, Xocavənd, Zəngilan və Qubadlının azad olunmasına görə medalları ilə, Gülmmədov Toğrul Qürbət oğlu isə Cəbrayıl və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilmişlər. Cəsur könüllülərimizi bu münasibətlə təbrik edir, onlara uğurlar arzu edirik.
Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!