DİN
1. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq məscidlərə təyin edilmiş 984 nəfər din xadiminə (imam, imam müavini və mütəvəlli) Fond tərəfindən aylıq maddi dəstək göstərilib.
2. Prezident cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsait hesabına 22 qeyri-islam dini icmalarına maddi dəstək göstərilib.
3. Ramazan bayramı münasibətilə may ayında ölkə üzrə ümumilikdə 166 şəhid ailəsinin üzvləri və müharibə əlillərinə bayram sovqatı (ərzaq) paylanılıb.
4. Fond tərəfindən Qurban bayramı münasibətilə təşkil edilmiş aksiya çərçivəsində 2000-dən çox şəhid ailələri və aztəminatlı ailələrə qurban əti paylanılıb. Ümumilikdə ölkəmizin 16 şəhər və rayonunu əhatə edən aksiya dini icmalar vasitəsilə həyata keçirilib.

5. Qurban bayramı ərəfəsində ölkəmizdə dini dəyərlərin təbliği, məzhəblərarası münasibətlərin gücləndirilməsi və mənəvi mühitin qorunub saxlanılmasında səmərəli fəaliyyətinə görə 10 nəfər din xadimi Fond tərəfindən mükafatlandırılıb.
6. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar Fondun maliyyə dəstəyi və Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icmasının təşkilatçılığı ilə cənub bölgəsi (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad) gəncləri arasında “Həzi Aslanov 110: Vətənin qəhrəman oğlu” adlı müsabiqə elan edilib. İştirakçılar hazırladıqları şeir, inşa, rəsm və videoçarxları müsabiqəyə təqdim ediblər. Müsabiqənin qalibləri pul mükafatı və diplomlarla mükafatlandırılıb.

TƏHSİL
1. Fond tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun 44 tələbəsinə 100 manat məbləğində aylıq təqaüd və bir tələbəyə adıçəkilən təhsil müəssisəsi tərəfindən təsis edilmiş “Heydər Əliyev mükafatı” verilib. Cari ilin noyabr ayından etibarən bu tələbələrdən 20 nəfərə verilən təqaüd artırılaraq 150 manat müəyyənləşdirilib.
2. Fondun dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən ölkənin 10 ali təhsil ocağının iştirakı ilə Aprel döyüşlərinə həsr edilmiş “Azərbaycan naminə” esse-yazı müsabiqəsi keçirilib, müsabiqənin qalibləri mükafatlandırılıb.
3. Fondun maliyyə dəstəyi, Azərbaycan Rəssamlıq Akademiyası və “Sənətşünaslığın təbliği” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkənin 5 müxtəlif ali təhsil ocağının tələbələri arasında “Aprel döyüşləri və şəhid-heykəltəraş Samir Kaçayev” müsabiqə-sərgisi keçirilib, qaliblər mükafatlandırılıb.

YARDIMLAR
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ərəfəsində və 44 günlük Vətən Müharibəsi dövründə bir sıra şəxslərə və ailələrə Fond tərəfindən maddi və ərzaq yardımları verilib, bir qrup şəxslər mükafatlandırılıb:
1. Xüsusi karantin rejimi ərəfəsində aprel ayında Fond tərəfindən 161 şəhid ailəsi və aztəminatlı ailələrə ərzaq yardımı verilib.
2. Koronavirus infeksiyası ilə bilavasitə mübarizə aparan həkimlərə mənəvi dəstək göstərmək məqsədilə bir qrup səhiyyə işçisinə hədiyyələr təqdim edilib.
3. Fonddan maddi dəstək alan din xadimləri və Fondun əməkdaşları ümumilikdə 40 min manat məbləğində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
4. Xüsusi karantin rejimi qaydalarına əsasən təhsilin onlayn formata keçirilməsi ilə əlaqədar olaraq “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi vasitəsilə 5 şəhid ailəsinin məktəbli üzvünə noutbuklar hədiyyə edilib.
5. Fonddan aylıq maddi yardım alan din xadimləri Vətən Müharibəsində ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ümumilikdə 39 627 (otuz doqquz min altı yüz iyirmi yeddi) manat məbləğində vəsait köçürüblər.
6. Vətən Müharibəsi Dövründə ölkəmizdə milli-mənəvi dəyərlərin, eləcə də vətənpərvərliyin təbliğinə dəstək məqsədi ilə cəbhəyanı bölgələrə 200 (iki yüz) ədəd bayraq (1:2 ölçüdə) göndərilib.
7. Azərbaycan Bəhai İcması tərəfindən Fonda ianə edilən vəsait hesabına Vətən Müharibəsində şəhid olmuş və səfərbərliyə cəlb edilmiş 4 vətəndaşın ailəsinə maddi dəstək göstərilib.
8. Mənəvi Dəyərlərin Təbliği Fondu tabeliyində olduğu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səfərbərliyə cəlb olunan 6 əməkdaşının hər birinin ailəsinə 500 manat məbləğində birdəfəlik maddi yardım göstərib.
9. Ermənistan ordusunun ölkəmizin cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutması nəticəsində evsiz qalan vətəndaşlarımız üçün Çindəki iş adamı tərəfindən Mənəvi Dəyərlərin Təbliği Fonduna ianə edilən 480 ədəd yorğanın cəbhə bölgəsinə daşınması Fond tərəfindən həyata keçirilib.
10. Vətən Müharibəsi dövründə şəhid olmuş, döyüşlərdə yaralanmış, səfərbərliyə cəlb edilmiş, həmçinin cəbhə bölgəsində düşmən təxribatı nəticəsində evləri dağılmış bir qrup vətəndaşın ailəsinə birdəfəlik maddi yardım verilib.
11. Müharibə dövrü ərzində qismən səfərbərliyə cəlb edilmiş 100 aztəminatlı vətəndaşın ailəsinə Fond tərəfindən ərzaq yardımı edilib.
12. Fondun maliyyə dəstəyi və Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən humanitar yardım layihəsi çərçivəsində şəhidlərin, səfərbərliyə cəlb edilmiş, döyüşlərdə yaralanmış vətəndaşların ailələrinə, həmçinin düşmən atəşi nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış ümumilikdə 50 aztəminatlı ailəyə maddi ehtiyaclarını qarşılamaq üçün 80 manat məbləğində alış-veriş kartları təqdim edilib.
13. Cəbhə bölgəsində (Ağdam, Füzuli, Tərtər, Bərdə, Gəncə və Yevlax) döyüş şəraitində fəaliyyətinə görə seçilən din xadimlərinə, dini ayinlərin və ritualların icrasını həyata keçirən 15 nəfərə maddi yardım göstərilib.
14. Ümumilikdə 2020-ci ildə maddi yardımla bağlı Fonda müraciət edən aztəminatlı kateqoriyasına aid olan 35 vətəndaşa birdəfəlik maddi yardım göstərilib, 500-dək aztəminatlı ailəyə ərzaq yardımı verilib.
MAARİFLƏNDİRMƏ
1. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mənəvi dəyərləri təbliğ edən 14 sənədli film və sosial video-çarx hazırlanıb.
2. Fond 2020-ci ildə müxtəlif müəlliflər tərəfindən təqdim olunan mənəvi dəyərlərin təbliği, dinlərarası dialoqun gücləndirilməsi, radikalizmlə mübarizəyə aid maarifləndirici və dini mövzularda 22 adda ədəbiyyatın nəşrinə maliyyə dəstəyi göstərib.
3. Fond tərəfindən iyun ayından etibarən həyata keçirilən “Ziyalı işığında” adlı layihə çərçivəsində gənclərin ziyalılarla onlayn görüşü keçirilib.
4. Mənəvi Dəyərlərin Təbliği Fondunun ASAN Radio ilə birgə layihəsi çərçivəsində hər həftənin cümə axşamı saat 16:05-də efirə gedən “Mənəvi dəyərlər” raio-verilişi bir-birindən maraqlı qonaqlar və mövzularla dinləyicilərin görüşünə gəlib.
5. Dini etiqad sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən istifadəyə verilən (012) 1845 nömrəli “Dini sorğu xidməti” öz işini davam etdirib.
6. Vətən Müharibəsi dövründə Fondun dəstəyi ilə rus və ingilis dillərində “Qeyri-müsəlman dini icmalar və milli həmrəylik” adlı videoçarx hazırlanıb. Videoçarx sosial şəbəkələr vasitəsilə dünyanın müxtəlif ölkələrində nümayiş etdirilib.
7. 2020-ci il ərzində Fond tərəfindən bir sıra qeyri-hökumət təşkilatlarının sosial xarakterli, habelə mənəvi dəyərləri təbliğ edən layihələri maliyyələşdirilib:
Fondun maliyyə dəstəyi ilə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşr edilməsi” layihəsi çərçivəsində Qarabağ mütəsəvviflərindən olan Pir Məhəmməd Gəncəvinin türk dilində yazılmış “Mənaqibnamə”sinin transfoneliterasiyası, mətninin dilimizə sadələşdirilməsi, redaktəsi, dizaynı və nəşri həyata keçirilib;
Şərq-Qərb Qadın İnkişaf Mərkəzi İctimai Birliyinin Fonda təqdim etdiyi “Dəyərlər: milli və bəşəri aspektlər” adlı layihənin həyata keçirilməsinə maddi dəstək göstərilib. Layihə çərçivəsində “Etika, estetika, aksiologiya: əsas epistemoloji paradiqmalar” adlı kitabın nəşr edilməsi, mövzu ətrafında alimlərin müzakirələrinin təşkil edilməsi, videokonfransın keçirilməsi nəzərdə tutulub;
Gənclərin Dostluq Şəbəkəsi İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan www.milliqahramanlar.az saytının rus və ingilis dili versiyalarının hazırlanmasına Fond tərəfindən maddi dəstək göstərilib.
MƏDƏNİYYƏT
1. Fond tərəfindən Azərbaycanda yerləşən müxtəlif, xüsusilə az bilinən tarixi-dini abidələrin geniş auditoriya kütləsinə təbliği, müxtəlif bölgələrimizdə yerləşən, keçmişimizin izlərini özündə əks etdirən abidələrin gənclər tərəfindən daha çox öyrənilməsi, eləcə də qalib elan edilən materialların müxtəlif internet resurslarında xarici dillərdə (rus və ingilis dillərində) yayılmasını həyata keçirmək məqsədilə “Tarixin şahidləri” adlı müsabiqə elan edilib. Ölkəmizin müxtəlif bölgələrindən olan iştirakçılar yazı, foto və video formatında hazırladıqları materialları müsabiqəyə təqdim ediblər. Müsabiqənin qalibləri pul mükafatı, diplomlarla və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
2. Vətən Müharibəsi dövründə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovanın müəllifi olduğu “Yenilməzsən Azərbaycan!” musiqi kompozisiyasının hazırlanmasına və klipin çəkilişinə Fond tərəfindən maddi dəstək göstərilib.
MÜKAFATLANDIRMA
1. Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən “Könüllülər ili” çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondunun 2 könüllüsü 5 dekabr-Beynəlxalq Könüllülər Günü münasibəti ilə Fond tərəfindən mükafatlandırılıb.
2. Mənəvi Dəyərlərin Təbliği Fondu 2020-ci ilin yekunları ilə əlaqədar Vətən Müharibəsi dövründə dəyərlərimizin təbliğində, ictimaiyyətə operativ məlumatların verilməsində, haqq səsimizin dünyaya çatdırılmasında və insanlarda ruh yüksəkliyinin artırılmasında fərqlənən bir qrup şəxsi mükafatlandırıb. Belə ki, Vətən Müharibəsində Azərbaycan xalqının yenilməzlik ruhunun rəmzinə çevrildiyinə görə Gəncə şəhər sakini Bəxtiyar Heydərli, Azərbaycan həqiqətlərini dünya mətbuatında işıqlandırdığına görə CNN Türk xəbər kanalının jurnalisti Fulya Öztürk, Silahlı Qüvvələrdə vətənpərvərliyin təbliği işindəki fəaliyyətinə görə Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycanın milli-mənəvi dəyərlərini xaricdə təbliğ etdiyinə görə ukraynalı jurnalist Marina Qonçaruk, televiziyada milli-mənəvi dəyərlərlə bağlı mövzuları yüksək peşəkarlıqla işıqlandırdığına görə AZTV-nin "Çıxışa doğru" verilişinin aparıcısı Nailə Babayeva və televiziyada Vətən Müharibəsi ilə bağlı xəbərləri yüksək peşəkarlıqla təqdim etdiyinə görə İctimai Televiziyanın “Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təltif olunublar.