Mənəvi Dəyərlərin Təbliği Fondu 2020-ci ilin yekunları ilə əlaqədar Vətən Müharibəsi dövründə dəyərlərimizin təbliğində, ictimaiyyətə operativ məlumatların verilməsində, haqq səsimizin dünyaya çatdırılmasında və insanlarda ruh yüksəkliyinin artırılmasında fərqlənən bir qrup şəxsi mükafatlandırıb. Belə ki, Vətən Müharibəsində Azərbaycan xalqının yenilməzlik ruhunun rəmzinə çevrildiyinə görə Gəncə şəhər sakini Bəxtiyar Heydərli, Azərbaycan həqiqətlərini dünya mətbuatında işıqlandırdığına görə CNN Türk xəbər kanalının jurnalisti Fulya Öztürk, Silahlı Qüvvələrdə vətənpərvərliyin təbliği işindəki fəaliyyətinə görə Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycanın milli-mənəvi dəyərlərini xaricdə təbliğ etdiyinə görə ukraynalı jurnalist Marina Qonçaruk, televiziyada milli-mənəvi dəyərlərlə bağlı mövzuları yüksək peşəkarlıqla işıqlandırdığına görə AZTV-nin "Çıxışa doğru" verilişinin aparıcısı Nailə Babayeva və televiziyada Vətən Müharibəsi ilə bağlı xəbərləri yüksək peşəkarlıqla təqdim etdiyinə görə İctimai Televiziyanın “Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təltif olunublar.