“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə şəhid övladlarına onlayn dərslərin təşkilinə kömək məqsədilə noutbuklar hədiyyə edilmişdir.
Mənəvi Dəyərlərin Təbliği Fondu eyni zamanda şəhidlərin, səfərbərliyə cəlb edilmiş, döyüşlərdə yaralanmış vətəndaşların ailələrinə, həmçinin düşmən atəşi nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış ailələrə yardımlarını davam etdirir.
Unutmayaq, şəhidlərimizin yadigarları bizə əmanətdir!