"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyilə bir qrup ailələrə humanitar yardım layihəsi həyata keçirilir

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin təşkilatçılığı ilə humanitar yardım layihəsinə başlanılıb. Layihə çərçivəsində şəhidlərin, səfərbərliyə cəlb edilmiş, döyüşlərdə yaralanmış vətəndaşların ailələrinə, həmçinin düşmən atəşi nəticəsində yaşayış yerlərini tərk etmək məcburiyyətində qalmış ailələrə ərzaq yardımı verilməsi planlaşdırılır. Humanitar yardım ənənəvi qaydalardan fərqli olaraq bu ailələrə ərzaq almaq məqsədilə alış-veriş kartları şəklində təqdim olunacaq və onlar bu kart vasitəsilə maddi ehtiyaclarını daha rahat qarşılaya biləcəklər.

calendar 3-11-2020, 14:23 eye 929 eye Paylaş