"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

“Aprel döyüşləri və şəhid-heykəltəraş Samir Kaçayev” müsabiqə-sərgisinin qalibləri müəyyən olunub

Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan Rəssamlıq Akademiyası və “Sənətşünaslığın təbliği” İctimai Birliyinin birgə keçirdikləri “Aprel döyüşləri və şəhid-heykəltəraş Samir Kaçayev” müsabiqə-sərgisinin qalibləri müəyyən olunub. Bu sənət yarışmasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbə-rəssamları iştirak ediblər. Müsabiqənin qalibləri Azərbaycanın Xalq rəssamı, professor Arif Hüseynov, Azərbaycanın Xalq rəssamı, professor Ağəli İbrahimov və sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilovdan ibarət münsiflər heyəti tərəfindən müəyyən edilib.
Qalibləri təqdim edirik:
I yer – Mirvari Ələsgərova (Gəncə Dövlət Universiteti)
II yer – Təbriz Soltanlı (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası)
III yer – Aysel Fətullazadə (Lənkəran Dövlət Universiteti)
Həvəsləndirici mükafat – Aytac Əsgərova (Lənkəran Dövlət Universiteti)
Həvəsləndirici mükafat – Emin Səfərov (Gəncə Dövlət Universiteti)
Həvəsləndirici mükafat – Türkan Əsədova (Naxçıvan Dövlət Universiteti)
Həvəsləndirici mükafat – Elnur Seyidov (Naxçıvan Dövlət Universiteti)
Həvəsləndirici mükafat – Sunay Nadirov (Naxçıvan Dövlət Universiteti).
Qaliblərə diplom və pul mükafatı, digər iştirakçılara isə sertifikatlar təqdim olunub. Yekunda qaliblərin müsabiqəyə təqdim etdikləri təsviri və dekorativ-tətbiqi sənət nümunələrini özündə əks etdirən videoçarx və bukletlər hazırlanıb.
Qeyd edək ki, müsabiqə sərgisinin ithaf olunduğu şəhid Samir Kaçayev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi olmuşdur.

calendar 23-10-2020, 11:14 eye 1 124 eye Paylaş