“Tarixin şahidləri” müsabiqəsinin qalibləri müəyyən olunub. İyulun 6-da elan edilən müsabiqəyə müraciətlərin qəbulu 7 sentyabr tarixində başa çatıb. Yazı, foto və video formatında qəbul edilən müraciətlərin qiymətləndirilməsi aşağıda adları qeyd edilən komissiya üzvləri tərəfindən həyata keçirilib:
1) Səyyad Salahlı - Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri namizədi.
2) Nigar Gözəlova - AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru.
3) Ziyadxan Əliyev - Sənətşünas, əməkdar incəsənət xadimi.
Qalibləri təqdim edirik:
1-ci yer - Məmmədov Kənan Həmzə oğlu. Əmircan qəsəbəsi Nizaməddin məscidi (video).
2-ci yer - Muradlı Şamil Sahib oğlu. Şəmkir rayonu İrmaclı alban məbədi (video).
2-ci yer - Namazlı Fariz Fazil oğlu. Tovuz rayonu Yanıqlı məscidi (video).
3-cü yer – Nəcəfzadə Qəşəm Mirzə oğlu. Cəbrayıl rayonu Hacı Qaraman ziyarətgahı (yazı).
3-cü yer - İbrahim Səfər Babaş oğlu. Qobustan şəhər mağaraları (video).
3-cü yer - Quliyev Tacəddin Asif oğlu. Gədəbəy rayonu “Həmşivəng” məbədi (video).
Həvəsləndirici yer - İbrahimova İlahə Vaqif qızı. Hacıqabul rayonu Pir Hüseyn Xənagahı (foto).
Həvəsləndirici yer - Hüseynzadə Orxan Səlim oğlu. Zaqatala rayonu Cüdüllü binə məbədi (video).
Həvəsləndirici yer - Muradov Xəzri Allahyar oğlu. İsmayıllı rayonu Cavanşir qalası (video).
Həvəsləndirici yer - Eyvazov Şöhrət Qulam oğlu. Füzuli rayonu Babı Xənagahı (video).
Həvəsləndirici yer - Urfansoy Taleh Vüqar oğlu. Şəki şəhəri Gödək Minarə (video).
Nəzərinizə çatdırırıq ki, müsabiqədə yer tutmayan digər iştirakçılar müsabiqəyə göstərdikləri diqqət və çəkdikləri zəhmət nəzərə alınaraq Fondun hədiyyələri ilə mükafatlandırılacaq.