"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icması Fondun dəstəyi ilə cənub gəncləri arasında müsabiqə elan edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ildə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar "Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Bu Sərəncamı rəhbər tutaraq Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icması Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə cənub bölgəsi gəncləri arasında “Həzi Aslanov 110: Vətənin qəhrəman oğlu” adlı müsabiqə elan edir. Müsabiqədə cənub bölgəsində (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında) yaşayan yeniyetmə və gənclər iştirak edə bilər.
Müabiqəyə şeir, inşa, rəsm və videoçarxlar qəbul ediləcəkdir:
Qeyd: İnşa nümunələri Times New Roman 12, 1,5 aralıq, A4 vərəq, maksimum 3-4 səhifədə, videoçarxlar isə 5-7 dəqiqə olmalıdır. 
Qaliblər pul mükafatı ilə mükafatlandırılacaq. 
MÜKAFAT
I yer (bir nəfər)-400 AZN
II yer (iki nəfər)-300 AZN
III yer (üç nəfər)-200 AZN
Hər biri 100 AZN olmaqla 5 həvəsləndirici mükafat
SON MÜRACİƏT TARİXİ: 25 Sentyabr 2020-ci il
Əlaqə:
Tel: (025) 255-39-84
Email: heziaslanov.musabiqe@mail.ru
Ünvan: Lənkəran şəhəri H.Əliyev prospekti 3, Statistika idarəsinin birinci mərtəbəsi

calendar 25-08-2020, 15:09 eye 1 599 eye Paylaş