Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020-10.03.2020-ci il tarixlərində həyata keçirdiyi “Azərbaycan naminə” adlı esse-yazı müsabiqəsinin qaliblərinə mükafalar və diplomlar təqdim edib.
“Azərbaycan naminə” esse-yazı müsabiqəsinin yekunları ilə bağlı mükafatlandırma tədbiri nəzərdə tutulsa da koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunması əlaqədar mərasim təxirə salınmışdır.
Tələbələrə kitablar, hədiyyələr, mükafatlar və diplomlar Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə tərəfindən təqdim edilmişdir.