Azərbaycanda koronavirusla (Covid 19) mübarizə istiqamətində həyata keçirilən tədbirlərə töhfə vermək məqsədilə ölkədə rəsmi təyinatla fəaliyyət göstərən din xadimləri aldıqları aylıq maddi yardımın bir qismini Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməklə bağlı təşəbbüslə çıxış edərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna çoxsaylı müraciətlər ünvanlayıblar. Fondun Himayəçilər Şurası tərəfindən məqsədəuyğun hesab edilərək dəstəklənən bu müraciətlər nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulan din xadimləri könüllü şəkildə Fondun vasitəsilə ümumilikdə 39 984 (otuz doqquz min doqquz yüz səksən dörd) manat məbləğində vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.