Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı ilə əlaqədar olaraq bütün ölkə ərazisində qanvermə aksiyaları təşkil olunur.
Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), DQİDK-nın tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və könüllüləri Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım məqsədilə Mərkəzi Qan Bankında keçirilən qanvermə aksiyasında iştirak ediblər.