Hazırda bütün dünyada, eləcə də ölkəmizdə koronavirus (Covid-19) infkesiyası ilə ciddi mübarizə tədbirləri həyata keçirilir. Bu infeksiyaya yoluxmuş insanların müalicəsi, karantinə alınmış şəxslərin müayinəsi, o cümlədən bütün əhalinin sağlamlığının təmin edilməsi məqsədilə Azərbaycanın peşəkar səhiyyə işçiləri səfərbər edilmişdir. Onlar bu mübarizədə böyük qəhrəmanlıq və fədakarlıq göstərərək, var gücləri ilə çalışır, öz sağlamlıqlarını risk altında qoyaraq, xəstələrə yardım göstərirlər.
Mənəvi Dəyərlərin Təbliği Fondu koronavirus (Covid 19) infeksiyası ilə bilavasitə mübarizə aparan həkimlərə mənəvi dəstək göstərmək, xalqımızın onların yanında olduğunu nümayiş etdirmək, qəhrəmanlarımızda ruh yüksəkliyi yaratmaq məqsədilə bir qrup səhiyyə işçisinə hədiyyələr təqdim edib.