"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən keçirilən esse yazı müsabiqəsinin nəticələri açıqlanıb

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə 2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunmuş, ölkəmizdə yerləşən 10 universitet arasında 01.02.2020-10.03.2020-ci il tarixlərində “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi təşkil etmişdir.
Müsabiqə aşagıdakı mövzuları əhatə etmiş və hər mövzu üzrə göndərilən yazıların statistikası aşağıdakı kimi olmuşdur:
-Vətənpərvərlik və şəhidlik zirvəsi - 228 esse
-Mənəvi dəyərlərimiz - 52 esse
-Azərbaycançılıq məfkurəsi - 43 esse
Bildirmək istəyirik ki, esse yazı müsabiqəsində tələbələrimiz fəal iştirak etmiş, hər üç mövzu ətrafında ümumilikdə 323 mövzu münsiflər tərəfindən dəyərləndirilərək müsabiqəyə qəbul edilmişdir. Elektron ünvana göndərilmiş, lakin müsabiqə şərtlərinə uyğun olmayan esselər qəbul edilməmişdir. Müsabiqədə iştirak edən universitetlərin fəallıq göstəricisini qeyd etmək istəyirik:
Bakı Dövlət Universiteti - 94 esse
Bakı Slavyan Universiteti - 64 esse
Azərbaycan Dövlət Pedoqoji Universiteti - 55 esse
Lənkəran Dövlət Universiteti - 26 esse
Bakı Ali Neft Məktəbi - 21 esse
Bakı Mühəndislik Universiteti - 19 esse
Dövlət İdarəçilik Akademiyası - 16 esse
Gəncə Dövlət Universiteti - 15 esse
Azərbaycan Memarlıq və İnşaat Universiteti - 8 esse
Azərbaycan İlahiyyat İnstitutu - 5 esse
Esselər elektron ünvana daxil olduqdan sonra qiymətləndirmənin obyektivliyini təmin etmək üçün kodlaşdırılaraq aşağıdakı tərkibdə münsiflər komissiyasına göndərilmişdir:
Komissiyanın sədri: Nigar Gözəlova - Tarix üzrə fəlsəfə doktoru, AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi
Komissiyanın üzvləri: Əkrəm Bağırov - Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Əlyazmalar institutunun əməkdaşı,
Ramilə Qurbanlı - jurnalist-publisist, “Lent.az” saytının əməkdaşı
Münsiflər komissiyası tərəfindən hər bir esse hərtərəfli, obyektiv yoxlanılmış və hər bir münsif tərəfindən ən yüksək nəticə əldə etmiş aşağıda adları göstərilən tələbələr müsabiqənin qalibləri adını qazanmışlar:
Əhmədov Rəşad Bəxtiyar oğlu- BANM-nin kimya mühəndisliyi fakültəsinin 3-cü kurs tələbəsi - 1-ci yer
Vəliyeva Günəş Ələsgər qızı- BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 2-ci kurs tələbəsi – 2-ci yer
Balakişiyeva İlahə Rafail qızı- DİA-nın siyasi idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi – 2-ci yer
Bayramlı Nizami İmran oğlu – BSU-nun 2-ci ali təhsil tələbəsi – 3-cü yer
Mirhüseynli Nuranə Mirhəmid qızı – BMU-nun pedoqoji fakültənin 5-ci kurs tələbəsi – 3-cü yer
Həsənova Arzu Rahib qızı – BDU-nun sosial-psixoloji xidmət fakültəsinin 2-ci kurs tələbəsi – 3-cü yer
Pirəliyeva Səadət Elşad qızı – ADPU-nun pedoqoji fakültənin 4-cü kurs tələbəsi -3-cü kurs –həvəsləndirici mükafat
Fərzəliyev Xəyal Vüqar oğlu – BANM-nin informasiya təhlükəsizliyi fakültəsinin 2-ci kurs tələbəsi – həvəsləndirici mükafat
Mirzəyeva Nuranə Şıxəli qızı – ADPU-nun filologiya fakültəsinin 1-ci kurs tələbəsi – həvəsləndirici mükafat
Əlinur Ziya Əlövsət oğlu – LDU-nun təbiyyət fakültəsinin 4-cü kurs tələbəsi – həvəsləndirici mükafat
Əliyeva Nigar Ramiz qızı- BDU-nun filologiya fakültəsinin 3-cü kurs tələbəsi – həvəsləndirici mükafat

calendar 1-04-2020, 12:40 eye 1 051 eye Paylaş