"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin tələbələr arasında "Azərbaycan naminə" ESSE yazı müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb

Zəfər.Az bildirir ki, artıq esselərin qeydə alınması və münsiflərin qiymətləndirilməsi prosesi başlayıb. Müsabiqənin yekunları haqqında qaliblərə məlumat veriləcəkdir.
 
Bildiririk ki, müsabiqədə iştirak edən universitetlərin tələbələri tərəfindən "aze.namine@gmail.com" adresinə 400-ə yaxın esse daxil olub. Daxil olan hər bir esse qeydiyyata alınaraq yoxlanılması və qiymətləndirilməsi üçün münsiflərə təqdim edilib.
 
Müsabiqədə iştirak edən və bu layihəyə dəstək verən hər bir iştirakçıya təşəkkürümüzü bildiririk.
 
Vətənimiz Azərbaycan naminə düşündüyünüz, qələmə aldığınız hər bir söz, hər bir fikir bizim üçün önəmlidir.
 
Qoy ən layiqli olan "Azərbaycan naminə" danışsın.

calendar 11-03-2020, 14:11 eye 1 185 eye Paylaş