Martın 7-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Gəncə şəhərində 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin xanım üzvləri üçün bayram tədbiri keçirilib.Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şəhid ailələrinin xanım üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov ölkəmizin bütün qadınlarını 8 Mart-Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib və Azərbaycan qadınının milli və mənəvi dəyərlərin əsas təminatçısı kimi çıxış etdiyini, soykökünə bağlı vətənpərvər insanların yetişməsinə əvəzsiz əməllərinin olduğunu diqqətə çatdıraraq, dövlətin hər zaman onların yanında olduğunu ifadə etmişdir.
Daha sonra 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr edilmiş bayram tədbiri bədii hissə ilə davam edib.