Fevralın 27-də Ucar rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ucar rayonu Müsüslü kənd məscidi dini icmasının təşkilatçılığı ilə “İslamda əxlaq dəyərləri” adlı layihə çərçivəsində “İslam gözəl əxlaqdan iarətdir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Analitik təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Ucar rayonu Müsüslü kənd inzibati ərazi dairəsinin nümayəndəsi Fuad Bəbirxanov, bələdiyyə sədri Tahir Kərimov, Müsüslü kənd məscidi dini icmasının sədri Samir Həmidov, dini icma üzvləri kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, gözəl əxlaq gözəl xüsusiyyətlərin toplusudur. İslam dini əxlaqın gözəlliyinə üstünlük verən din və ya düşüncə sistemidir. Həzrət Məhəmməd (s) “İslam gözəl əxlaqdır” buyurmuşdur. Diqqətə çatdırılıb ki, Qurani-Kərimdə ədalət, əhdə sadiqlik, əfv etmək, düzgünlük, ata-anaya itaət, sevgi, qardaşlıq, mərhəmət kimi gözəl əxlaqı təşviq edən və zülm, haqsızlıq, riya, həsəd və s. bu kimi xüsusiyyyətləri nəhy edən ayələrin yer alması ilahi kitabda əxlaqa nə qədər əhəmiyyət verildiyinin bir göstəricisidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb