"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Fondun maliyyə dəstəyi ilə Göyçayda “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” layihəsi çərçivəsində tədbir keçirilib

Yanvarın 29-da Göyçay rayonunda   Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Göyçay rayonu Şəkər kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” adlı layihə çərçivəsində İşğal olunmuş ərazilərdə ətraf mühitə olan dağıdıcı təsirlər” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səlim Qəni, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, Göyçay rayonu Şəkər kənd məscidi dini icmasının sədri Zeynal Zeynalov, təhsil işçiləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, ekoloji tarazlığın qorunması bu gün aktual problemlərdəndir. Təbii fəlakətlərin, dağıdıcı müharibələrin ekologiyaya mənfi təsirləri ilbəil artmaqdadır. Bu gün Azərbaycanın işğal altında olan torpaqları da ermənilər tərəfindən əsl ekoloji təcavüzə məruz qalmışdır. Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə düşmənin həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə, regionun ekoloji durumuna ciddi ziyan vurur, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarır. İşğal olunmuş ərazilərdə yerləşən tarixi mədəni və dini abidələrimizə qarşı erməni təcavüzünün olduğu vurğulanıb.  
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 29-01-2020, 15:58 eye 1 219 eye Paylaş