"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fazil Mustafa: “Gənclər arasında vətənpərvərliklə bağlı müsabiqələrin keçirilməsi təqdirəlayqidir”

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə yeni layihəyə start verib. Layihə əsasında "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tələbələr arasında "Azərbaycan naminə" adlı esse müsabiqəsi elan edib. Tələbələr “Vətənpərvərlik və şəhdilik zirvəsi”, “Azərbaycançılıq məfkurəsi”, “Mənəvi dəyərlərimiz” mövzuları ilə bağlı esseləri ilə müsabiqəyə qatıla bilərlər.
Maraqlıdır, gənclər və tələbələr arasıdna bu cür müsabiqələrin keçirilməsi onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından nə dərəcədə faydalı hesab edilə bilər?

Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa, bu kimi müsabiqələrin mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:
 “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Azərbaycanda kifayət qədər faydalı iş görür. Onların bu istiqamətdə çalışmalarını biz də dəstəkləyirik. Dəfələrlə bu təşkilatın tədbirlərinə qatılmışıq və çalışırıq ki,  onların bu istiqamətdəki fəaliyyətinə dəstək olaq. Çünki onlar həqiqətən də vətənin azadlığı üçün şəhid olan insanları təmsil edirlər və onların  irsini tanıdırlar.
Biz də bu təşkilatın bəzi tədbirlərinə qatılmışıq, çıxışlar etmişik və tələbələrin vətənpərvərlik ruhunda yetişməsinə yardımçı olmağa çalışmışıq. Hesab edirəm ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin keçirdiyi bu müsabiqə də bu yöndə atılan addımlardan biridir. Mən bu addımı dəstəkləyirən və hesab edirəm ki, biz hamımız onlara dəstək verməliyik”.

calendar 24-01-2020, 08:28 eye 665 eye Paylaş