"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Balakən rayonunun Kortala kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin açılış mərasimi olub

Yanvarın 17-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Balakən rayonu Kortala kənd məscidi dini icmasının təşkilatçılığı və yerli əhalinin könüllü ianələri hesabına Kortala kəndindən olan şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə ucaldılmış abidə kompleksinin açılış mərasimi keçirilib. Mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Kortala kənd məscidi dini icmasının sədri Həbib Ziyadov, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və dini icmanın üzvləri iştirak edib.
Əvvəlcə abidə önünə gül dəstələri düzülərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Kortala kənd məscidi dini icmasının sədri Həbib Ziyadov, Qarabağ müharibəsi iştirakçısı Eldəniz Mərdanov, Qarabağ qazisi Seyid Qasımov bildirib ki, şəhidlər bizim qürur mənbəyimiz, fəxrimiz, and yerimizdir. Vətən şəhidlərin çiyinləri üzərində dayanır. Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Onları yaşatmaq, tanıtmaq, adlarını daim uca tutmaq hər birimizin vətəndaşlıq borcudur.

calendar 17-01-2020, 15:35 eye 1 321 eye Paylaş