"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şabranda Fondun maliyyə dəstəyi ilə həyata keçirilən maarifləndirici layihə çərçivəsində növbəti tədbir keçirilib

Yanvarın 14-də Şabran şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) maddi dəstəyi ilə Şabran rayon Vələsli kənd məscidi dini icmasının həyata keçirdiyi layihə çərçivəsində növbəti tədbir baş tutub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin məsləhətçisi Rəşadət Hidayətov, DQİDK-nin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov, rayon ictimaiyyəti, gənclər və ziyalılar iştirak edib.
Çıxışlar zamanı vurğulanıb ki, ölkəmizdə tolerantlıq prinsiplərinə əsaslanan dövlət-din münasibətləri dünya ölkələri tərəfindən öyrənilir, çünki müasir dövrdə dünyada baş verən proseslərin mərkəzində dini problemlər dayanır və bunun yeganə həlli tolerantlıq prinsiplərinin öyrənilməsidir. Ölkəmiz dövlət-din münasibətləri sahəsində tolerant təcrübəyə malikdir və digər ölkələr də bu təcrübədən faydalanırlar. Həmçinin bildirilib ki, mənəvi dəyərlərin təbliği, gənclərin maarifləndirilməsi, din xadimlərinin vətəndaşların dini maarifləndirmə işində yaxından iştirakı diqqət mərkəzində olan məqamlardandır.
Sonda iştirakçıların fikiləri dinlənilib, suallar cavablandırılıb

calendar 15-01-2020, 08:51 eye 1 356 eye Paylaş