Dekabrın 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının 2019-cu ilin yekunlarına həsr edilmiş iclası keçirilib. İclasda Fondun Himayəçilər Şurasının üzvləri - Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, professor Sahibə Qafarova, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, “SƏS” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev və Fondun əməkdaşları iştirak edib.
İclasda Fondun 2019-cu ildəki fəaliyyəti ilə bağlı icraçı direktor Mehman İsmayılovun hesabatı dinlənilib. Daha sonra Himayəçilər Şurasının üzvləri cari ildə görülmüş işlərlə əlaqədar geniş müzakirə apararaq Fondun rəhbərliyinə müvafiq təklif və tövsiyələrini çatdırıblar. Yekunda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2019-cu ildəki fəaliyyəti müsbət qiymətləndirilib və qənaətbəxş hesab edilib.