Dekabrın 20-də “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri və üzvləri Mənəvi Dəyərlərin Təbliği Fondunu ziyarət edib. Görüşdə milli-mənəvi dəyərlərin təbliği, bu dəyərlərin yeniyetmə və gənclərə aşılanması, qeyd edilən istiqamətlərdə müxtəlif tədbirlərin həyata keçirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, Fond və İctimai Birlik arasında olan qarşılıqlı əməkdaşlıq gələckdə də davam etdiriləcəkdir.