"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyilə Qax şəhərində “Mənəvi dəyərlər və müasir çağırışlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Dekabrın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun mailiyyə dəstəyi və Qax rayon Tasmalı kənd “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Mənəvi dəyərlər  və İslam” adlı layihə çərçivəsində Qax şəhərində “Mənəvi dəyərlər və müasir çağırışlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Qax RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov, Qax rayonu Tasmalı kəndi “Cümə” məscidi dini icmasının sədri Tapdıx Rəhimov, icma üzvləri, dindarlar və gənclər iştirak edib.
Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din siyasətinin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla  davam etdirildiyi bildirilib. Zamanın keşməkeşli sınaqlarından çıxmış və bu günümüzün həyati tələbatına çevrilmiş milli-mənəvi və dini dəyərlərimizin qorunub saxlanılmasının və gələcək nəsillərə çatdırılmasının hər bir şəxs üçün önəmli vəzifə olduğu vurğulanıb.  Dini fanatizmin və dini   radikalizmin mahiyyəti, yaranma səbəbləri və fəsadları haqqında geniş izah verilib,  gəncləri radikal dini cərəyanların və qeyri-ənənəvi dini təriqətlərin zərərli təsirindən qorumaq üçün onlar arasında milli-mənəvi dəyərlərin təbliği işini genişləndirməyin labüdlüyü qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara Fondun dəstəyi ilə nəşr edilmiş maarifləndirici ədəbiyyat paylanılıb.

calendar 18-12-2019, 00:09 eye 1 061 eye Paylaş