"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Xudat şəhərində maarifləndirmə tədbiri keçirilib

Dekabrın 19-da Xudat şəhərində Mənəvi Dəyərlərin Təbliği Fondunun  dəstəyi və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Mənəvi dəyərlər: adətlər, mərasimlər” adlı layihəsi üzrə maarifləndirmə  tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) əməkdaşı Aqşin Əliyev, DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbə müdirinin müavini Ramin Xudayev, Xaçmaz Rayon İcra hakimiyyətinin əməkdaşı Əlibala Alxaslı, Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov, dindarlar, ziyalılar və gənclər   iştirak edib. 
 Çıxışlar zamanı bildirilib ki, bir milləti millət edən və ayaqda saxlayan milli mənəvi dəyərlərdir. Müasir gənclik mütləq milli-mənəvi dəyərlərimizi tanımalı və həyatını buna uyğun qurmalıdır. Qeyd edilib ki, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunması müasir dövrün aktual məsələlərindəndir. Məhz buna görə də xüsusilə gənclərlə bu sahədə maarifləndirmə işinin aparılması diqqətdə saxlanmalıdır. Milli-mənəvi dəyərlərin qorunması və təbliği sahəsində, müasir gəncliyə doğru yolun tövsüyyə edilməsində dini icmalar da yaxından iştirak etməlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onların mövzu üzrə fikirləri dinlənilib. 

calendar 19-12-2019, 00:08 eye 1 261 eye Paylaş