Dekabrın 18-də Neftçala rayonu Heydər Əliyev Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Neftçala rayonu Bankə qəsəbəsi “İmam Həsən” məscidi dini icmasının təşkilatçılığı ilə “Dinimiz bizi xeyirxahlığa səsləyir” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Tamerlan Əhmədli, Neftçala rayonu Bankə qəsəbəsi “İmam Həsən” məscidi dini icmasının sədri Əliməmməd Talıbov, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə səlahiyyətli nümayəndəsi Mirseymur Əliyev, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı hər kəsin edə biləcəyi faydalı işlər və bu işlərdə xeyirxah amillərdən danışılıb. Eləcə də tarixi şəxsiyyətlərin dövlət və vətəndaşlar üçün qurduğu və yaratdığı səmərəli imkanlardan bəhs edilib
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.