Dekabrın 12-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının təşkilatçılığı ilə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə "Milli mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği” layihəsi çərçivəsində “Gənclərin milli-mənəvi və əxlaqi dəyərlər əsasında tərbiyə edilməsi milli kimliyimizin qorunmasıdır”mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini maarifləndirməişinin təşkilişöbəsinin məsləhətçisi Ramil Baxşəliyev, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Beyləqan rayonu Qarallar kənd məscidi dini icmasının sədri Səbuhi İbadov, Beylqan rayon “N” saylı hərbi hissənin komandirinin ideoloji və mənəvi psixoloji təminat üzrə müavini Elşən Qurbanov, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.
Tədbir iştirakçlıarı əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, xalqımız milli-mənəvi dəyərlərini bu günədək qoruyub saxlayır. Milli-mənəvi dəyərlərimizə dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və sair bu kimi önəmli məfhumlar daxildir. Azərbaycan xalqının söykəndiyi bu dəyərlər ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bu işlər davam etdiriləcək. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi dini, milli-mənəvi dəyərlərin qorunması sahəsində də ardıcıl siyasət həyata keçirir.
Sonda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb.