"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun “Dini sorğu xidməti” istifadəyə verilib

Müasir dövrdə gənclərin yad təsirlərdən qorunması, vətəndaşların dini etiqad sahəsində milli dövlətçilik maraqlarına uyğun şəkildə maarifləndirilməsi, habelə bu fəaliyyətin həyata keçirilməsində innovativ və operativ texnoloji imkanlardan istifadə edilməsi zərurəti yaranmışdır.
Bununla əlaqədar olaraq, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dövlət-din münasibətləri və dini etiqad sahəsində vətəndaşların maarifləndirilməsini təmin etmək, mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğini həyata keçirmək, eləcə də dini radikalizm, ekstremizm və fanatizmlə mübarizəni təşkil etmək məqsədilə müasir texnologiyanın imkanlarından istifadə edilməklə “Dini sorğu xidməti” yaradılmışdır.
Xidmət həftə içi hər gün saat 9:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Vətəndaşlarımız (012) 1845 nömrəsinə zəng edərək dini mövzularla bağlı suallarını ünvanlaya bilər.

calendar 1-12-2019, 04:03 eye 1 422 eye Paylaş