Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətinin məqsədi Azərbaycan Respublikasında dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasına, mənəvi dəyərlərin qorunmasına və inkişafına, dövlət-din münasibətləri sahəsində məqsədli proqramların hazırlanmasına və həyata keçirilməsinə, dini qurumların vətəndaşların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etməkdir. Bununla bağlı Fond tərəfindən dini etiqad sahəsində ixtisaslı kadrların hazırlanmasına dəstək göstərmək, eləcə də onların sosial müdafiəsini gücləndirmək məqsədilə 2019-2020-ci tədris ilində Azərbaycan İlahiyyat İnstitutunun 44 tələbəsinə aylıq maddi yardım göstəriləcək.