Noyabrın 14-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Şabran rayonu Vələsli kənd məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolu adlı” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbə müdirinin müavini Ramin Xudayev, Şabran Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Şahmərdanov, Şabran rayonu Vələsli kənd məscidi dini icmasının sədri Fuad Şahbazov, kənd ictimaiyyəti, ağsaqqallar, dindarlar iştirak edib.
Çıxışlar zamanı qeyd edilib ki, mənəvi dəyərlərin təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür və onlar bu işin öhdəsindən layiqincə gəlmək üçün daima öz üzərlərində çalışmalıdırlar. Həmçinin o da vurğulanıb ki, dünyaya tolerantlıq nümunəsi olan ölkəmizdə müxtəlif dinlərin nümayəndələri qardaşlıq və birlik şəraitində yaşayır, ölkənin ictimai-mədəni həyatında yaxından iştirak edirlər. Bu müxtəliflik bizim mənəvi zənginliyimizdir.
Sonda tədbir iştirakçılarının fikir və düşüncələri dinlənilib, suallar cavablandırılıb.