"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Xaçmazda Fondun dəstəyilə “Mənəvi dəyərlər: adətlər, mərasimlər” adlı layihə çərçivəsində maariflənmə tədbiri keçirilib

Noyabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının təşkilatçılığı ilə Yalama kəndində “Mənəvi dəyərlər: adətlər, mərasimlər” adlı layihə çərçivəsində maariflənmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, müdir müavini Ramin Xudayev, Xaçmaz rayonu Yalama kənd bələdiyyəsinin sədri Nəbi İskəndərov, Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov, kənd ictimaiyyəti – o cümlədən gənclər və ziyalılar iştirak edib. 
Çıxışlar zamanı qeyd edilib ki, yüksək milli-mənəvi dəyərləri təbliğ etmək xüsusilə gənc nəslin bizə yad olan mənfi düşüncə tərzindən qorunması üçün vacib yollardan biridir.  Bununla əlaqədar olaraq dövlətimiz hər zaman gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ olunmasına diqqət ayırmış və bu yolda iş aparmaqdadır. Bildirilib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Vurğulanıb ki, dini ibadət yerlərinin ən önəmli işi dinimizi düzgün şəkildə gənclərə çatdırmaqla bərabər, milli-mənəvi və dini dəyərlərimizi qorumaqdır. 
Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

calendar 14-11-2019, 15:43 eye 1 089 eye Paylaş