"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ərşad Hüseynov: “Bu ideya və təşəbbüsün bütün iştirakçılarını alqışlayıram”

Mənəvi Dəyərlərin Təbliğ Fondunun sifarişi ilə hazırlanan "Mərhəmət insanın ucalığıdır" adlı videoçarx “New Media” şirkətinin reklam dəstəyi ilə “Xaliq Faiqoğlu” şirkətinə məxsus ictimai nəqliyyat vasitələrində 1 ay müddətində nümayiş olunacaq. Məqsəd insanları daha həssas və duyarlı olmağa səsləmək, ali insani dəyərləri təbliğ etməkdir.
Maraqlıdır, ictimai nəqliyyatın təbliğat imkanlarından bu şəkildə istifadə nə dərəcədə önəmlidir? Gələcəkdə ictimai nəqliyyatın bu imkanından daha geniş istifadə edilməsi cəmiyətdə humanist ideyaların təbliği baxımından məqsədəuyğun olarmı?
 Açıqlama verən hüquqşünas Ərşad Hüseynov bu ideyanı alqışladığını vurğuladı:
“Bu, çox gözəl ideyadır. Dünyanın hər yerində ictimai nəqliyyatın bütün növlərində, hətta təyyarələrdə belə reklamlardan səmərəli istifadə olunur. Çünki ictimai nəqliyyat insanların kütləvi olduğu bir yerdir. Avtobus, qatar, təyyarə bu baxımdan çox uğurlu təbiğat vasitəsidir. Bu ideyanı kim hazırlayıb, onun gerçəkləşməsində kimlər iştirak edirsə, onları alqışlamaq lazımdır. Bu baxımdan həm Mənəvi Dəyərlərin Təbliğ Fonduna, həm də “Xaliq Faiqoğlu” şirkətinə təşəkkür edirəm.
Onu da qeyd edim ki, ictimai nəqliyyatda bu qəbildən olan informasiyaları çatdırmaq imkanı da genişdir. Avtobus elə bir ictimai nəqliyyat növüdür ki, burada insanlar yırğalana-yırğalana gedirlər. Orada kitab oxumaq mümkün deyil. Belə olan halda həmin ictimai nəqliyyatdakı monitorlarda təqdim edilən reklama, videoçarxa daha çox diqqət ayrılır. Buna görə də ictimai nəqliyyatda bu cür təbliğat üsullarından istifadəni faydalı hesab edirəm”.
Seymur ƏLİYEV 
moderator.az

calendar 4-11-2019, 15:21 eye 801 eye Paylaş