"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyi ilə Kürdəmirdə “Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimiz” adlı maarifləndirici layihə uğurla davam edir

Oktyabrın 15-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Kürdəmir rayonu Qarasu kənd məscidi dini icması “Milli-mənəvi dəyərlərimiz mövcudluğumuz, tariximiz, kimliyimiz” adlı layihə çərçivəsində “Qloballaşma prosesində milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Vüqar Hümbətov, Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qarasu kənd məscidi dini icmasının sədri Babakişi Nurməmmədov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, dini icma sədrləri, din xadimləri, ziyalılar, təhsil işçiləri və yuxarı sinif şagirdləri iştirak edib.
Çıxışlar zamanı qeyd olunub ki, müasir dövrdə dünyanın sürətlə qloballaşması fərdlərin və cəmiyyətlərin həyatına böyük təsir göstərir. Mədəniyyətlərin mübadiləsi ilə müşahidə olunan qloballaşma milli özünəməxsusluğu aradan qaldırır. Həyatın bütün sahələrini öz təsir dairəsinə alan qlobal proseslər milli-mənəvi dəyərlərin aşınaraq vahid dünya ictimai sisteminin yaranmasına, “köhnə” dəyərlərin məhv edilərək onların yerində böyük boşluqların əmələ gəlməsinə səbəb olur. Odur ki, mənəvi dəyərlərin, əxlaq normalarının ictimai şüurda möhkəmlənməsi, eyni zamanda milli-mədəni sərvətin qorunub saxlanılması və yaşadılması dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Çıxış edən natiqlər vurğulayıblar ki, mənəvi aləmimizi zənginləşdirən, birliyimizi təmin edən, tariximizi və mədəni irsimizi ucaldan milli dəyərlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 15-10-2019, 03:11 eye 709 eye Paylaş