"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şamaxıda Fondun dəstəyilə “Ailə-milli-mənəvi dəyərlərin daşıcısıdır” layihəsi çərçivəsində tədbir baş tutub

Oktyabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Şamaxı rayonu Məlhəm kəndi “Cümə” məscidi dini icması tərəfindən həyata keçirilən “Ailə-milli-mənəvi dəyərlərin daşıcısıdır” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) baş məsləhətçisi Anar Məcidzadə, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin məsul əməkdaşı Cavid Əhmədov, dini icmanın sədri Təsəlli Mehbalıyev, Rayon İH başçısının Məlhəm kəndi üzrə nümayəndəsi İsaxan Səmədov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda ölkə rəhbərliyinin mənəvi dəyərlərimizə, o cümlədən dini dəyərlərimizə diqqət və qayğısından, Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması və fəliyyətindən, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər orqanlarla birgə respublikamızda həyata keçirdiyi maarifləndirmə tədbirlərindən danışılıb. O da bildirilib ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı və gənclər arasında təbliği istiqamətində hər kəs, o cümlədən din xadimləri fəal olmalıdırlar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

calendar 10-10-2019, 14:07 eye 1 254 eye Paylaş