Oktyabrın 8-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icmasının təşkilatçılığı ilə “Azərbaycan ailəsi–mənəvi dəyərlər xəzinəsi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsini məsləhətçisi Musayev Vasif və “İmam Rza” məscidi dini icmasının sədri Həsən Rüstəmov, dindarlar, ağsaqqallar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “İmam Rza” məscidi dini icmasının sədri Həsən Rüstəmov milli-mənəvi dəyərlərin, xüsusilə də ailə dəyərlərinin təbliği istiqamətində görülən işlərin əhəmiyyəti barədə danışıb.
Sonra Dini qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Musayev Vasif çıxış edərək ölkədə ailə dəyərlərinin təməl prinsiplərindən, boşanmaları yaradan səbəblər, bu istiqamdə görülən təbliğat və təşviqat işlərindən və ölkəmizdə hər zaman nikah məsələlərinə böyük yer verilmiş və ailə dəyərləri hər zaman uca tutulmuşdur. Cəmiyyətin gələcəkdə ailə dəyərlərinə daha möhkəm dini və milli dəyərlərimiz ilə birləşmiş əxlaq, təlim və tərbiyə məsələlərinin təbliğatının vacibliyi bildirmişdir. Daha sonra o, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn nəzdində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun bu istiqamətdə gördüyü işlərdən danışıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.