Avqustun 2-də Binəqədi Gənclər Evində Milli kino günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktor müavini Amal Əsgərov, rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evinin əməkdaşları, gənclər iştirak edib.
Əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan "Ailə dəyərləri" sənədli filmi nümayiş etdirilib.
Daha sonra vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması istiqamətində ölkəmizdə görülən işlər barədə ətraflı məlumat verilib, bu sahədə müvafiq dövlət orqanları, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilən sosial layihələrin əhəmiyyətindən bəhs edilib.
Tədbirin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.