"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Bu gün Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanla hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın tarixi, ədəbiyyatı, mədəniyyəti, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, onun dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir. Bu gün mürəkkəb və ziddiyyətli bir yol qət etmiş, tarixin sərt sınaqlarından uğurla çıxmış ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir.
Ana dilimiz bizim üçün ana laylası tək şirin, ata nəvazişi, ağsaqqal nəsihəti tək əvəzsizdir. Sizləri  Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibəti ilə təbrik edir, ən səmimi arzu və diləklərimizi çatdırırıq.

calendar 1-08-2019, 11:49 eye 1 129 eye Paylaş