İyulun 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Tovuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tovuzda “Azərbaycan ailəsi” mövzusunda konfrans keçirilib.
Tədbirdə Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhruzər Rüstəmov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Taciyə Mehdisoy, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tovuz RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Bəhruzər Rüstəmov mövzunun aktuallığına toxunaraq bildirib ki, bu gün gənclərin maarifləndirilməsi, əxlaqi-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında ailə mühüm rol oynayır.
Konfransda geniş məruzə ilə çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev qeyd edib ki, cəmiyyətin formalaşması və inkişafında ailə mühüm vasitələrdən biridir. Fiziki və mənəvi baxımdan sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür. Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən mütəmadi olaraq ailədaxili münasibətlərdə milli-mənəvi dəyərlər və bu münasibətlərin gələcək nəslin formalaşmasında əhəmiyyəti istiqamətində ölkə ərazisində əhalinin müxtəlif qrupları üçün nəzərdə tutulmuş maarifləndirmə tədbirləri keçirilir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycanda qədimdən mövcud olan sağlam ailə modelinin qorunması, inkişafı və geniş miqyasda təbliğinə töhfə verməkdir.
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Taciyə Mehdisoy vurğulayıb ki, ailələrin sağlam təməllər üzərində qurulması, ailə münasibətlərinin qorunması, mənəviyyatımızın vacib amili olan ailə dəyərlərinə daim hörmətlə yanaşmanın aşılanması, qadınların ölkəmizin ictimai həyatında fəal iştirak etməsi və uşaqların xoşbəxt gələcəyinin təmin edilməsi üçün “ailə psixoloqu” institutlarının yaradılması çox vacibdir.
DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev ailənin xalqımızın milli mentalitetində mühüm yer tutmasından, gələcək nəslin fiziki-mənəvi tərbiyəsindəki rolundan danışıb.
Konfransın yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.