"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Milli Mətbuat günü münasibətilə bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri təbrik edirik.

Xalqımızın milli mənəvi dəyərlərini, adət-ənənələrini, istək və arzularını, keşməkeşli həyatının bütün sahələrini daim öz fəaliyyətlərində əks etdirən və əsası Həsənbəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycanın milli mətbuatı çox şərəfli və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli mütəfəkkirləri, publisistləri, jurnalistləri, yazıçıları və satirikləri mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər. Bu gün də milli mətbuatımız söz və fikir azadlığının inkişafında, eləcə də dəyərlərimizin təbliğində mühüm rol oynayır.
Hörmətli mətbuat nümayəndələri!
Sizi bir daha 22 iyul- Milli Mətbuat günü münasibətilə təbrik edir, peşəkar və şərəfli fəaliyyətinizdə uğurlar arzulayır, bu sahədə əməkdaşlığımızın davamlı olmasını diləyirik.

calendar 22-07-2019, 09:44 eye 1 227 eye Paylaş